Ətraf mühiti təmiz saxlayaq. » EL TV
    
» » Ətraf mühiti təmiz saxlayaq.


Ətraf mühiti təmiz saxlayaq.

Ağcabədi rayonunda fəaliyyət göstərən Avrasiya Əməkdaşlıq Fondunun, Ağcabədi Gənclər Fondu təşəbbüs qrupunun üzvləri ekologiyanın qorunması mövzusunda tədbir keçiriblər. Tədbir iştirakçıları Ağcabədinin prospekt və küçələrinə “Təmiz ekologiya sağlam həyat, sağlam həyat isə sağlam nəsildir.”, “Gəlin şəhərimizin təmizliyini qoruyaq ki, ekologiyamız çirklənməsin.”, “Zibili yerə atmadığınız üçün sizlərə minnətdarıq.” Və sair kimi maarrifləndirici lövhələr vurublar. Gənclərin irəli sürdüyü bu layihəyə Ağcabədi rayon Gənclər və idman idarəsi, Aqro İnformasiya Mərkəzi, Heydər Əliyev Mərkəzi və digər gənclər təşkilatları tərəfindən dəstək verilib. Avrasiya əməkdaşlıq fondunun proqram koordinatoru Seymur Hüseynov bildirib ki, gənclərin din və siyasətdən kənar bütün işlərinə fond tərəfindən dəstək veriləcək.
скачать шаблон для dle скачать бесплатно фильмы